1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Yeni geosiyasi reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdən biri də Zəngəzur dəhlizinin (TRİPP - Tramp marşrutu) açılmasıdır. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək".
Oxu Az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Baş prokuror qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Samir Əli