AZ

“Düşmənin təhdidinə ağlasığmaz cavab verəcəyik” - İranın Baş Qərargah rəisi

“Düşmən (ABŞ və İsrail) 12 günlük müharibə dövründə uğursuzluğa düçar olub”.

Missiya.Az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi deyib.

O bildirib ki, İran bunun qarşısında nəinki səssiz qalacaq, əksinə hər bir təhlükəni milli və regional gücünü nümayiş etdirmək fürsəti kimi qiymətləndirəcək.

Onun sözlərinə görə, yeni müdafiə texnologiyalarının hazırlanması və intellektual müharibəyə hazırlıq artırılacaq. 

Musəvi İran xalqını əmin edib ki, İslam Respublikasının silahlı qüvvələri strateji sürprizlərə arxalanaraq, düşmənin hər hansı təhdidinə vaxtında, qəti və sərt cavab verəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
10
2
missiya.az

3Mənbələr