Dəsmalları təmizləyərkən yalnız ləkələrdən qurtulmaq deyil, eyni zamanda parçaya zərər vermədən bakteriyaları aradan qaldırmaq da vacibdir. Mütəxəssislərə görə düzgün temperatur seçimi həm gigiyena, həm də dəsmalların ömrünü uzatmaq üçün kritik rol oynayır.
Bir çox insan dəsmalları 30 və ya 40 dərəcədə yumağın parçanın formasını qorumaq üçün ideal olduğunu düşünür. Lakin bu temperatur yalnız səthdəki kiri təmizləyir, dərin gigiyena təmin etmir. Aşağı dərəcələrdə yuyulan dəsmalların pis qoxu yayması, hətta allergik reaksiyalara səbəb olması mümkündür.
İdeal temperatur – 60 dərəcədir.
Dəsmalların gigiyenik şəkildə təmizlənməsi üçün 60 dərəcədə yuyulması tövsiyə olunur. Bu temperatur həm ləkələri daha yaxşı çıxarır, həm də parçadakı bakteriyaları öldürür. Beləliklə, dəsmallar daha təmiz, sağlam və uzunömürlü olur.
Əlavə tövsiyələr:
Rənglərin qorunması üçün dəsmalları digər paltarlarla qarışdırmadan yumaq lazımdır.
Yumşaqlığı və dayanıqlılığı artırmaq üçün tərkibi zərif olan yuyucu vasitələr seçilməlidir.
Deterjana bir az soda əlavə etmək həm təmizliyi gücləndirir, həm də dəsmalların yumşaqlığını saxlayır.
Düzgün temperatur və uyğun yuma üsulları sayəsində dəsmallar həm gigiyenik, həm də ilk günkü kimi uzun müddət istifadə oluna bilər.