Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-avqust aylarında 15 milyon 924 min 752 ton xam neft ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 8 ayda ölkənin neft ixracının dəyəri isə 8 milyard 396 milyon 5 min dollar olub.
Son 5 ilin göstəricilərinə baxsaq, ixracda həm miqdar, həm də dəyər baxımından azalma olduğunu görə bilərik. 2021-ci ildən (yanvar-avqust aylarında) bəri neft ixracımızın miqdarı və dəyəri bu qədər olub:
İllər (yanvar-avqust ayları) | Miqdar (ton) | Dəyəri (dollar) |
2025 | 15 924 752 | 8 milyard 396 milyon 5 min |
2024 | 16 475 802 | 10 milyard 308 milyon 18 min |
2023 | 18 506 042 | 11 milyard 234 milyon 779 min |
2022 | 17 983 700 | 13 milyard 724 milyon 349 min |
2021 | 18 771 176 | 8 milyard 498 milyon 811 min |
Bizi sosial şəbəkələrdən izləyin!!