AZ

Kim Çen In Donald Trampla danışıqlara hazırdır

Kim

Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, əgər Vaşinqton Şimali Koreyanın nüvə silahından imtina etməsində israrını dayandırarsa, ABŞ-la danışıqlara hazırdır.

Reyting.az
xəbər verir ki, bu barədə Şimali Koreya dövlət mediası məlumat yayıb.

Kim Çen In “ABŞ prezidenti Trampla bağlı isti xatirələrini hələ də əziz tutduğunu”- ifadə edərək, sanksiyaların yüngülləşdirilməsi naminə nüvə arsenalından heç vaxt imtina etməyəcəyini vurğulayıb.

“Əgər Birləşmiş Ştatlar nüvəsizləşdirməmizlə bağlı absurd vəsvəsəsindən əl çəksə, reallığı qəbul etsə və həqiqi dinc yanaşı yaşamaq istəsə, bizim Birləşmiş Ştatlarla oturub-durmamağımız üçün heç bir səbəb yoxdur”, - Kim deyib.

ABŞ-dakı Stimson Mərkəzində Şimali Koreya üzrə ekspert Reyçel Minyonq Li bildirib ki, ABŞ prezidentinin son andiçmə mərasimindən sonra Kim ilk dəfə Trampın adını çəkir: “Bu, Kimin Trampa ABŞ-nın nüvəsizləşdirmə siyasətinə yenidən baxmağa dəvətidir və o deməkdir ki, əgər ABŞ nüvəsizləşdirmədən imtina edərsə, o, Trampla üz-üzə görüşə bilər”.

Eyni zamanda, Kim nüvəsizləşdirməyə dair istənilən mərhələli planları kəskin şəkildə rədd edib.

ELÇİN
Seçilən
0
1
reyting.az

2Mənbələr