AZ

"Qarabağ" Universitetinin yeməkxanasında qiymətlər KƏSKİN ARTIRILDI

"Qarabağ" Universitetinin yeməkxanasında qiymətlər kəskin artırılıb.

Ucnoqta.az xəbər verir ki, "Qarabağ" Universitetinin yataqxanasında məskunlaşan tələbələr üçün yemək xərcləri ötən tədris ili ilə müqayisədə 30 faizədək bahalaşıb. Belə ki, ötən il bir tələbənin yataqxana yeməkxanasında 3 dəfə qidalanması 210 manat idisiə cari ildə qiymət 280 manata artırılıb.

Bir gündə iki dəfə qidalanma 170 manatdan 240 manata çatdırılıb.

Qeyd edək ki, yataqxana otaqlarıda ərzaq saxlanması və qızdırılması üçün məişət texnikası olsa da tələbələrin özlərinin yemək hazırlaması üçün qaz və ya elektrik sobası yoxdur. Qarabağa səfərlərin portal icazəsi ilə olması, məsafə uzaqlığı da valideynlərin Xankəndiyə tələbə övladları üçün hazır yemək çatdırılmasını çətinləşdirir.

Universitetlə əlaqə saxlayaraq qiymət artımının səbəbini öyrənmək istəsək də yataqxananın başqa şirkət tərəfindən idarə olunduğu bildirildi. Yataqxana idarəçisi olan "Qarabağh Hospitality" MMC ilə əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı. Tələbə yataqxanası mənzil tipli olmaqla 2 otaqdan ibarətdir. Hər mənzidlə 5 və 6 tələbə yerləşib. 

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə tələbə təqqaüdləri 2025-ci il sentyabr ayından 10 manat artırılıb. 

"Qarabağ" Universitetində ötən il plan yerləri tam dolub. Ötən tədris ilində 1104 tələbə təhsil alır. Cari ildə isə universitetə qəbul planı tam dolmayıb.

Seçilən
19
1
ucnoqta.az

2Mənbələr