AZ

Azərbaycana kərə yağı idxalı azalıb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 18 127 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% azalma deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsinin 8 aylıq hesabatında bildirilib. 

Bu məhsullar üzrə idxalın statistik dəyəri 124,1 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin səkkiz ayında isə 19 154 ton yağ idxal olunmuş, statistik dəyəri isə 103,3 milyon dollar olmuşdu.

Hesabat dövründə bu məhsulların idxalının ümumi idxal strukturundakı payı 2025-ci ildə 0,82%, 2024-cü ildə isə 0,81% səviyyəsində olub.

Gülnar Nazimqızı 

Seçilən
9
anews.az

1Mənbələr