AZ

Ukrayna Krımı viran qoyub: Dağıntılardan FOTOLAR

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalan Krımın Foros kəndindəki dağıntıların ilk görüntüləri yayılıb.

Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fotolarda Forosda hücum nəticəsində qismən dağılmış məktəb binası əks olunub. Kadrlarda tavanın uçduğu, pəncərələrin sındığı və binanın ətrafına dağıntıların səpələndiyi görünür.

Qeyd edək ki, sentyabrın 21-i axşam saatlarında Forosda məktəb Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Məktəbin auditoriyası tamamilə dağıdılıb, kitabxanaya isə ciddi ziyan dəyib. Hücum zamanı binanın içərisində olan mühafizəçi yaralanıb.

Həmin gün Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri yüksək partlayıcı başlıqlarla silahlanmış pilotsuz uçuş aparatları ilə Krımın kurort zonasına zərbələr endirib. Hücum nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb. Gecədə yarımadanın üzərində on təyyarə vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
moderator.az

3Mənbələr