AZ

2600 manat müavinət kimlərə ödəniləcək?

Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib.

Publika.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, yeni qaydalara əsasən, həmin vətəndaşlarımız təhsil pillələrini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər: “Əvvəllər həmin şəxslər mövsümi paltar və ayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, həmçinin vəsait də dəqiqləşdirilir.

Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial təminatını daha gücləndirməkdir”.

Seçilən
22
49
publika.az

10Mənbələr