AZ

Elçin Quliyev üçün ÖZƏL GÜN FOTOLAR

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin doğum günüdür. SİA-nın məlumatına görə, Elçin İsağa oğlu Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1974-1982-ci illərdə Sumqayıtda 20 və 23 saylı məktəblərdə orta təhsil alıb, 1984-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib.

1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda) müxtəlif zabit vəzifələrində xidmət edib, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləyib.

27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək milli təhlükəsizlik nazirinin (Keçmiş MTN) müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışıb.

Prezidentin 31 iyul 2002-ci il tarixli 743 nömrəli fərmanı ilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib, 5 iyun 2017-ci il tarixinədək bu vəzifədə çalışıb.

Ölkə başçısının 5 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib. E.Quliyevə prezidentin 15 avqust 2001-ci il tarixli fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.

2018-ci il avqustun 16-da ölkə başçısının imzaladığı sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Quliyev Elçin İsağa oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, E.Quliyev 2009-cu ilin mart ayından Azərbaycan Atçılıq Federasiyasının prezidentidir. Ailəlidir, dörd övladı var.

SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev və kollektivin əməkdaşları da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi doğum günü münasibətilə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sia.az

2Mənbələr