AZ

Azərbaycanda köhnə avtobuslar niyə yenilənmir?

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avtobusların istismar xərclərini qarşılamaq, köhnələn və sıradan çıxan avtobus parkını yeniləmək üçün daşıyıcıların imkanları azdır.

BAKU.WS xəbər verir ki, bunu AYNA-nın təşkil etdiyi brifinqdə qurumun sədri Anar Rzayev deyib.

"Dövlət başçısının imzaladığı Fərmanın bu sahəyə gətirəcəyi dəyişiklikləri aydın anlamaq üçün ilk növbədə mövcud vəziyyət barədə təsəvvürün olması vacibdir. Paytaxtda müntəzəm avtobuslarla sərnişindaşıma ilə bağlı göstəricilərə baxdıqda, görərik ki, Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27 daşıyıcı tərəfindən təqdim edilir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir. 27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58%-nə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir.

O, bildirib ki, istər Bakı şəhəri, istərsə də ölkə ərazisində mövcud olan müntəzəm sərnişin daşımaları sərnişinlərdən gediş haqlarının yığılması şəklində sadə biznes modelə əsaslanıb:

"Belə olduğu təqdirdə, daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyətini güdürlər ki, bu da öz növbəsində hərəkət qrafiklərinə riayət olunması, avtobusların tutumundan istifadə ilə bağlı bir sıra problemlər yaradır. Bu hal daşımaların keyfiyyətini və etibarlığını çox aşağı salır. Sərnişinlər tərəfindən ödənilən gediş haqqının tənzimlənən tarif olduğunu da nəzərə alsaq, bu sadə biznes modelin gəlirli olmaması aydındır. Belə ki, istər kiçik, istərsə də böyük avtobus daşıyıcılarının təqdim etdiyi sərnişindaşıma xidmətinə görə topladıqları gediş haqları onlara nə avtobusların istismar xərclərini qarşılamağa, nə də köhnələn və sıradan çıxan avtobus parkını yeniləməyə imkan verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
8
baku.ws

10Mənbələr