AZ

Baydeni qınadı, öz başına da gəldi Trampdan yeni xəbər

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Trampda demans əlamətləri aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin keçmiş professoru doktor Con Qartner “The Daily Beast” nəşrinə bildirib.

“Biz dil funksiyalarında, təfəkkürdə, psixomotor qabiliyyətlərdə, impulslara nəzarətdə və bir sıra digər sahələrdə əhəmiyyətli pozuntuları nəzərə almalıyıq”, – deyə o qeyd edib.

Həkimin sözlərinə görə, Ağ Ev rəhbəri əvvəllər aydın cümlələr qursa da, indi söz ehtiyatı indi azalıb:

“Bəzən bir fikri bitirə bilməyəcəyi məqamlar ola bilər”.

Qeyd edək ki, D.Tramp daha əvvəl səhhəti ilə bağlı şayiələrə cavab verərək özünü həmişəkindən daha yaxşı hiss etdiyini demişdi.

Xatırladaq ki, keçmiş ABŞ prezidenti Co Baydendə də yaşlılığa bağlı demans əlamətləri ortaya çıxmışdı. Hətta Donald Tramp da onun demans və Alzheimer xəstəsi olduğunu demiş, psixi sağlamlığının yoxlanılmasını təklif etmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
globalinfo.az

1Mənbələr