AZ

Fransa XİN: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi ABŞ ilə razılaşdırılıb

Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul etmək niyyətindədir, Fransanın xarici işlər naziri Jan-Noel Barrot bəyan edib. Onun sözlərinə görə, məhdudiyyətlər ABŞ ilə razılaşdırılıb.

"Bu yeni, genişmiqyaslı sanksiyalar paketi Donald Trampın hakimiyyətə qayıtmasından sonra ilk dəfə olaraq ABŞ ilə razılaşdırılıb", - nazir deyib (TASS-a istinadən).

19-cu paket üzrə danışıqların sentyabrın 26-da başlaması planlaşdırılır. Avropa Komissiyası Rusiyanın LNG idxalının mərhələli şəkildə dayandırılmasını bir il sürətləndirməyi, əlavə 118 tankerin qara siyahıya salınmasını, Rosneft və Qazprom Neftlə əməliyyatları qadağan etməyi təklif edir. Aİ hazırda Rusiya neftinin alışını məhdudlaşdırmaq niyyətində deyil. Fransa prezidenti Emmanuel Makron bunu “ikinci dərəcəli məsələ” adlandırıb.

Seçilən
23
ikisahil.az

1Mənbələr