AZ

Misirin ən varlı adamı ABŞ-yə 50 milyard dollar sərmayə qoyacaq


Misirin ən varlı adamı, milyarder Nassef Saviris ABŞ-də infrastruktur layihələrinə 50 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, Savirisə məxsus “OCI Global” kimya və gübrə şirkəti ilə ailəyə məxsus “Orascom Construction” tikinti holdinqi arasında tezliklə birləşmə elan ediləcək. Yeni şirkət Abu Dabidə qeydiyyatdan keçəcək. Şirkətin əsas məqsədi ABŞ-nin infrastruktur layihələrinə, xüsusən də məlumat mərkəzlərinə investisiyalar qoymaq olacaq.
Həmçinin, şirkətin yaxın on il ərzində həm öz kapitalını, həm də tərəfdaş vəsaitlərini Amerika infrastrukturuna qoymağı planlaşdırır.
“Financial Times”ın yazdığına görə, “Orascom Construction” korporasiyanın 2012-ci ildə aldığı “Weitz” törəmə şirkəti artıq ABŞ-də fəaliyyət göstərir. “Weitz” ABŞ-də bir neçə məlumat mərkəzləri, hava limanı terminalları və universitet yataqxanaları tikib.
Seçilən
84
yeniavaz.com

1Mənbələr