Həm Qarabağ, həm də Şərqi Zəngəzurun çox böyük kənd təsərrüfatı potensialı var.
Herbiand.az xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan sosial, iqtisadi, siyasi istiqamətlərdə stabil bir ölkədir: "Bu tədbirdə Qarabağ və Şərqi Zəngəzurdakı investisiya imkanları dəyərləndirilir".
O bildirib ki, hazırda orada müxtəlif sahələrdə investisiyalar həyata keçirilir: "Xüsusilə müasir suvarma sistemlərinə ciddi yatırımlar olur. Həmçinin, müxtəlif qida emalları layihələri də nəzərdə tutulub".