AZ

Türkiyə nümayəndə heyəti İrəvandadır: Səfərin məqsədi nədir?

Bu gün, sentyabrın 22-də İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rose-Roth seminarı başlayacaq və iki gün davam edəcək.

Publika.az xəbər verir ki, seminarda Türkiyədən də nümayəndələr iştirak edir.

Müzakirələrin əsas mövzusu “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: Demokratiyanın və regional təhlükəsizliyin gücləndirilməsi” olacaq.

Seminar çərçivəsində Ermənistan Milli Assambleyasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Andranik Köçəryan mətbuat konfransı keçirəcək.

Seçilən
3
2
publika.az

3Mənbələr