AZ

Kreml gizli planını açıqladı: Rusiya Moldovanın seçkilərinə müdaxilə hazırlığında

Rusiya Moldovada keçiriləcək parlament seçkilərinə müdaxilə etmək üçün gizli plan hazırlayıb.

Musavat.com xəbər verir ki, sənədlərə görə, strategiya bu ilin yazında təsdiqlənib və əsas məqsəd ölkənin Avropa İttifaqına inteqrasiya kursunu dayandırmaqdır.

Plan prezident Mayya Sandunun rəhbərlik etdiyi “Hərəkət və Həmrəylik” partiyasının 28 sentyabr seçkilərində dəstəyini azaltmağa yönəlib. Son məqsəd isə Sandunu devirmək və Rusiyayönümlü qüvvələri hakimiyyətə gətirməkdir.

Sənədlərdə göstərilir ki, Moskva bunun üçün müxtəlif metodlardan istifadə etməyi planlaşdırır. Xaricdə yaşayan moldovalıların səsverməyə cəlb edilməsi, genişmiqyaslı etiraz aksiyalarının təşkili və sosial şəbəkələrdə dezinformasiya kampaniyaları əsas vasitələr sırasındadır.

Bundan əlavə, Kremlin planında gənclərin, cinayətkar qrupların və idman klublarının seçki günü və sonrasında küçə provokasiyalarında istifadəsi nəzərdə tutulur. Həmçinin məmurlara təzyiq göstərmək üçün kompromat materiallarının işə salınacağı, seçki komissiyalarının fəaliyyətinin pozulmasına cəhd ediləcəyi qeyd olunur.

Dezinformasiyanın yayılmasında isə Telegram, TikTok, Facebook kimi sosial platformalarla yanaşı, hətta xüsusi çağrı mərkəzlərinin də istifadə ediləcəyi bildirilir.

Musavat.com

Seçilən
15
1
musavat.com

2Mənbələr