AZ

İran generalı: "Düşmənin təhdidinə ağlasığmaz cavab verəcəyik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi iddia edib ki, düşmən (ABŞ və İsrail) 12 günlük müharibə dövründə uğursuzluğa düçar olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Musəvi vurğulayıb ki, İran bunun qarşısında nəinki səssiz qalacaq, əksinə, hər bir təhlükəni milli və regional gücünü nümayiş etdirmək fürsəti kimi qiymətləndirəcək. Yeni müdafiə texnologiyalarının hazırlanması və intellektual müharibəyə hazırlıq artırılacaq.
General İran xalqını əmin edib ki, silahlı qüvvələr strateji sürprizlərə arxalanaraq, düşmənin hər hansı təhdidinə vaxtında, qəti və sərt cavab verəcək.
Seçilən
10
oxu.az

1Mənbələr