AZ

Terrorla mübarizədə Azərbaycanın öndə getməsi təbiidi, çünki... - EKSPERT

Azərbaycan Respublikası terrordan əziyyət çəkən dövlətlər sırasındadır. Biz həm Sovet dövründə, həm ondan əvvəlki Çar Rusiyası zamanında, həm ölkə daxilində, həm də xaricdə, xüsusilə də erməni terrorundan ciddi əziyyət çəkmişik. Müstəqilliyin bərpasından, yəni 1991-ci ildən sonra isə bu terror silsilə xarakter almışdı.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.

Eskspert qeyd etdi ki, ermənilər bizim xalqımıza qarşı böyük terror aksiyaları həyata keçiriblər. Həmçinin,  qardaş Türkiyə və onun diplomatlarına qarşı terror aksiyaları da davam edib. Ermənilər tərəfindən törədilən terror həmişə gündəmimizdə aktual məsələ olub və təəssüf ki, bu məsələnin aktuallığı fonunda Azərbaycan daim əziyyət çəkən, zərər görən tərəf olub. Təbiidir ki, bu məsələnin normal şəkildə masa arxasında müzakirəsinə həmişə ehtiyac duyulub.  Bu baxımdan Azərbaycanın bu təşəbbüsün önündə getməsi başa düşüləndir, olduqca təbiidir və ən əsası odur ki, dünyanın aparıcı mərkəzləri, qüvvələri və dövlətləri Azərbaycanın bu öncülüyünü dəstəkləyir. Yəni terrorla mübarizə məsələlərində Azərbaycanın öndə getməsini dünya qəbul edir. Bu isə bizə göstərilən böyük etimaddır, etimad da təsadüfən yaranmır. Təbiidir ki, bunun əsasları var.

Azər Həsrət bildirdi ki, Azərbaycan həmişə terrorla mücadilədə səmimi olub. Hələ biz xatırlayırıq ki, Amerika Birləşmiş Ştatlarının, NATO qüvvələrinin Əfqanıstanda apardığı antiterror əməliyyatlarında Azərbaycan NATO üzvü olmadan belə açıq şəkildə iştirak edirdi. Yəni, ölkə hərbi qüvvələrini göndərmişdi və üstəlik, Qərb koalisiyasının Azərbaycan üzərindən Əfqanıstanda antiterror əməliyyatlarına dəstək verirdi. Yəni bütün bunları Qərbdə də, dünyanın hər tərəfində də görürlər və belə qəbul edirlər ki, Azərbaycan terrorla mücadilədə səmimidir, onun təcrübəsinə və etimadına bel bağlamaq olar. Ona görə də, bax, bu cür təşəbbüslərimiz dəstək görür. Əlbəttə ki, bu, Azərbaycanın ümumilikdə mövqelərinin daha da möhkəmlənməsinin əlavə bir göstəricisidir.

Səbinə Qorxmaz "İki sahil"

Seçilən
1
ikisahil.az

1Mənbələr