AZ

Nəqliyyatda yenilik: "Avtobuslar gecə saatlarınadək işləyə bilər"

Prezident İlham Əliyevin fərmanı ilə dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır. Fondun gəlirləri yanacaq vergisinin bir hissəsindən və Bakıda tətbiq ediləcək ödənişli hərəkət zonalarından toplanacaq vəsait hesabına formalaşacaq. Bu qərarın ölkə iqtisadiyyatına təsiri ilə bağlı müxtəlif suallar gündəmdədir.

Yeni yaradılan "İctimai nəqliyyat" Fondu iqtisadiyyatımıza nə vəd edir?

Məsələ ilə bağlı Milli.Az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov açıqlama verib.

O bildirib ki, ödənişli zonalar paytaxtın daha çox tıxaca məruz qalan hissələrində nəzərə alınacaq:

"Bura tarixi abidələrin yerləşdiyi küçələr, mərkəz daxil edilməsi gözlənilir. Burda sosial, iqtisadi amillərdən əlavə ekologiyanın qorunması əsasdır. Ekoloji səbəblər əsas amillərdən biridir. Belə ki, tıxaclar zamanı avtomobillər havaya buraxılan qazların miqdarı daha da artır. Bu da həm insanların sağlamlığına, həm də ekoloji olaraq şəhərə pis təsir edir. Digər səbəb isə tıxaclar zamanı yaranan səs-küylər insanların rahatlığını pozur". 

Ekspert qeyd edib ki, ödənişli zonalardan daxil olan məbləğ ictimai nəqliyyatın inkişafına yönləndiriləcək. Bu fondun əsas məqsədi Bakı və digər şəhərlərdə ictimai nəqliyyatda çalışanlara mnüəyyən maliyyə dəstəyinin ayrılırması nəzərdə tutulur:

"Bu zaman "Brutto" müqaviləsi də aktivləşəcək. Müqaviləyə əsasən, daşıyıcı artıq dayanacaqda neçə sərnişin olmasından asılı olmayaraq bu daşınmada keyfiyyət həyata keçirilməlidir. Həmçinin, müqavilə imzalayandan sonra avtobuslar axşam saat 10-a kimi yox, gecə saatlarına kimi işləyə bilər". 

Aysel Əkbər
Milli.Az 

Seçilən
6
1
milli.az

2Mənbələr