AZ

Tom Holland xəstəxanalıq oldu: “Hörümçək Adam” setində qorxulu hadisə yaşandı

İngilis aktyor Tom Hollandın "Hörümçək Adam"ı canlandırdığı seriyanın dördüncü filmi üçün həyəcanlı anlar yaşanır.

Sherg.az xəbər verir ki, Destin Daniel Crettonun rejissoru olduğu “Hörümçək Adam: Tam Yeni Bir Gün”ün çəkilişləri Londonda davam edir.

Chris McKenna və Erik Sommers-in ssenarisini yazdığı filmin setində bədbəxt hadisə baş verib.

29 yaşlı Tom Holland bir səhnə zamanı başını vurub və yüngül beyin silkələnməsi keçirdiyi açıqlanıb.

Leavesden Film Studiyalarındakı çəkilişlər zamanı tarazlığını itirərək yıxılan Holland dərhal xəstəxanaya aparılıb.

"Daily Mail"in məlumatına görə, aktyorun səhhəti yaxşıdır, lakin bir neçə gün çəkilişlərə fasilə verəcək.

Tom Hollandın atası Dominik Holland 21 sentyabr bazar günü iştirak etdiyi bir xeyriyyə gecəsində oğlunun bir müddət setdən uzaq qalacağını təsdiqləyib.

Təxminən 150 milyon dollarlıq büdcəyə malik “Hörümçək Adam: Tam Yeni Bir Gün” filminin heyətində Hollandla yanaşı Zendaya, Jacob Batalon, Mark Ruffalo, Jon Bernthal, Sadie Sink və Michael Mando da yer alır.

Maraqlı gözləntilərə səbəb olan “Hörümçək Adam: Tam Yeni Bir Gün” 31 iyul 2026-cı ildə tamaşaçılarla görüşəcək.
Seçilən
9
sherg.az

1Mənbələr