AZ

Tramp və Mask yenidən birlikdə görüntüləniblər

Tramp və Mask yenidən birlikdə görüntüləniblər

ABŞ prezidenti Donald Tramp və İlon Mask Arizona ştatının Qlendeyl şəhərində yerləşən State Farm Stadium-da ictimai xadim Çarli Kirk ilə vidalaşma mərasimində yan-yana əyləşiblər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, onların əvvəlki narazılıqdan sonra ilk dəfə birgə görüntüsüdür.

Televiziya çəkilişlərində Trampın Maskla söhbət etdiyi, Maskın isə sakitcə dinlədiyi anlar əks olunub. Daha sonra onlar əl sıxıb, Tramp Maskın qulağına nəsə deyib və onu kürəyindən yüngülcə vurub. Ardınca Mask zalı tərk edib.

Mərasimdə çıxış edən Donald Trampın kiçik oğlu atasını zarafatla təqlid edərək, sosial mediada aqressiv paylaşımlarına görə atasının onu tənbeh etdiyini söyləyib. Kamera bu anı da göstərib – Tramp gülümsəyərək oğluna əl edib və razılıq işarəsi göstərib. Bu məqamda onun yanında isə artıq başqa şəxs oturur.

Seçilən
16
afn.az

1Mənbələr