ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 22 sentyabr, AZƏRTAC
Bugünkü dəyirmi masa ölkələrimizin prokurorluq institutlarını birləşdirən ortaq dəyərlərin nümayişidir. Konstitusiya çərçivələrimizlə bağlı fikir mübadiləsi etməklə prokurorluğun müstəqilliyinin müxtəlif istiqamətlərdə necə möhkəmləndirilə biləcəyi barədə anlayışımızı dərinləşdirə, konstitusiyanın inkişafı və qanunun aliliyi ilə bağlı dəyərli perspektivlərə töhfə verə bilərik.
AZƏRTAC xəbər verir ki, bunu Uqanda Respublikasının Dövlət Prokurorluğunun direktoru Odumbi Ceyms Over Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda keçirilən dəyirmi masa formatında beynəlxalq konfransda deyib.
"Bu dialoq bizə həm də birgə araşdırmalar və yaranan təhdidlər üzrə bilik mübadiləsi aparmaq və ya beynəlxalq forumlarda prokurorluq standartlarının uyğunlaşdırılması vasitəsilə praktiki əməkdaşlığı genişləndirmək imkanı verir. Qarşılaşdığımız çağırışlar qlobal xarakter daşıyır, korrupsiya, mütəşəkkil cinayətkarlıq və demokratik təsisatlar üçün təhlükələr sərhədləri aşır. Beləliklə, biz bu görüşdən konstitusiya mandatlarımızın xalqlarımızın suverenliyini qorumaqla bu çağırışlara necə uyğunlaşa biləcəyini müzakirə etmək üçün platforma kimi istifadə edə bilərik. Mən sizin hamınızla səmərəli fikir mübadiləsi aparmaq, təcrübələrinizdən öyrənmək və öz təcrübəmizi daha çox bölüşmək üçün can atıram. Bu müzakirələr təkcə bizim müvafiq institutlarımızı gücləndirməyəcək, həm də ədalətin qlobal çərçivəsinə töhfə verəcək. Bu qeydlərlə bir daha azərbaycanlı həmkarlarımıza tərəfdaşlığa və bu nəcib işlə bağlı göstərilən fədakarlığa görə bütün iştirakçılara dərin minnətdarlığımı bildirirəm", - deyə Odumbi Ceyms Over fikirlərinə yekun vurub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.