AZ

Solaxaylarda psixi və nevroloji risklər açıqlanıb

Nevroloq Stepanenko: Solaxaylar psixi pozğunluqlara daha həssas ola bilərlər.

E-saglam.az xəbər verir ki, uşaq nevroloqu Natalya Stepanenko bildirib ki, solaxay insanlar sağ əllilərə nisbətən bəzi psixi pozğunluqlara daha həssas ola bilərlər. 

Stepanenko deyib ki, Avropanın aparıcı institutlarının alimləri müəyyən ediblər ki, solaxay insanlarda autizm, disleksiya, şizofreniya və nitqlə bağlı digər pozğunluqlar daha çox rast gəlinir. Məsələn, autizm diaqnozu 2,5 dəfə daha tez qoyula bilər. Nevroloq bunu izah edib ki, əl qabiliyyətinin və nitq funksiyalarının inkişafını müəyyən edən proseslər oxşardır.

Buna baxmayaraq, həkim vurğulayıb ki, bu müşahidələr solaxaylıqla psixi pozğunluqlar arasında birbaşa əlaqə demək deyil. Solaxayların əksəriyyəti tamamilə sağlamdır. Stepanenko əlavə edib ki, solaxayların neyrobioloji xüsusiyyətləri həm də onların yaradıcılıq qabiliyyətlərinin inkişafına təsir göstərə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
12
e-saglam.az

1Mənbələr