AZ

Bu gün “Qızıl top”un sahibi müəyyənləşəcək

style='margin-bottom:10px;'>

Bu gün UEFA və “France Football” jurnalının birgə layihəsi olan “Qızıl top” mükafatı təqdim olunacaq.

QOL.az xəbər verir ki, mükafat dünyanın ən yaxşı kişi və qadın futbolçusuna veriləcək.

Mərasim Parisdəki Şatle teatrında keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusu milli komandaların baş məşqçiləri, kapitanları və idman jurnalistlərinin səsverməsi ilə müəyyən ediləcək. Qalib təqvim ili üzrə deyil, 2024/25 mövsümünün nəticələrinə görə seçiləcək.

Bundan başqa, tədbirdə həmçinin mövsümün ən yaxşı qapıçısına, 21 yaşadək ən istedadlı gənc futbolçusuna, ən yaxşı baş məşqçisinə, bombardirinə və klubuna xüsusi mükafatlar təqdim ediləcək.

Seçilən
4
teleqraf.com

1Mənbələr