AZ

Netanyahu: Fələstin dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyəm

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Fələstinin tanıyan dünya dövlətlərinin liderlərini tənqid edib, İordan çayının qərb sahilində Fələstin dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyini bəyan edib: "Mənim də sizin üçün bir ismarıcım var: heç bir Fələstin dövləti olmayacaq. İordaniyanın qərbində Fələstin dövləti yaranmayacaq. Uzun illərdir ki, böyük daxili və xarici siyasi təzyiqlərə baxmayaraq, mən bu terror dövlətinin yaradılmasının qarşısını almışam".

Baş nazir əlavə edib ki, İsrailin bölgədəki siyasəti ardıcıl olaraq qalacaq və hakimiyyət məskunlaşmaları gücləndirəcək: "Biz Yəhudeya və Samariyada yəhudi məskənlərini iki dəfə artırmışıq və bu yolu davam etdirəcəyik".

Netanyahu ABŞ-dan işgüzar səfərdən qayıtdıqdan sonra cavab verəcəyini deyib: "Ölkəmizin ürəyində  dövlət yaratmaq cəhdinə cavab verəcəyik. Cavab ABŞ-dən qayıdandan sonra veriləcək. Gözləyin".

Hürr Tərcüman

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
hurriyyet.az

2Mənbələr