AZ

Novxanıda avtobus zolağına nə ehtiyac var? Sədr

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı şəhərində sıxlıq olmayan ərazilərdə avtobus zolaqlarının çəkilməsinin mənası yoxdur.

Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

"Avtobus zolaqlarının çəkilməsində elə əsas məqsəd avtobusun tıxacda qalmamasıdır. Bakı ətrafı qəsəbələrdə biz bu gün bir o qədər də sıxlıq görmürük . Məsələn götürək Novxanını. Orada avtobus zolağının çəkilməsinə sıxlığın olmaması səbəbi ilə ehtiyac yoxdur",- o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
13
axar.az

10Mənbələr