AZ

Tramp Kirkin anım günündə Maska nə deyib? – ŞOK DETAL

ABŞ-da ictimai fəal Çarli Kirkin anım mərasimində yanaşı oturan Donald Trampla İlon Maskın nədən danışdıqları dünyanın diqqət mərkəzindədir. Bir dodaq oxucu Trampın görüş zamanı Maska dediklərini açıqlayıb. Onların qısa danışığından aydın olur ki, Tramp Maskla münasibətlərini istiləşdirmək istəyir.

Tramp Maskla salamlaşmaq üçün çevrilən kimi deyib: “Necəsən?”. Daha sonra Tramp “İlon, eşitdim ki, danışmaq istəyirsən” dedikdə Mask çiyinlərini çəkib.

Qəzetin yazdığına görə, UFC prezidenti Dana Uayt  söhbətə qatıldıqdan sonra Tramp “Gəlin bu vəziyyəti aradan qaldırmaq üçün bir yol tapmağa çalışaq” deyib. Mask başını tərpədib. Prezident daha sonra onun qoluna toxunaraq, “Sənin üçün darıxmışam” deyib.

Musavat.com

Seçilən
2
2
editor.az

3Mənbələr