AZ

İsrailin aviazərbəsi nəticəsində Livanda uşaqlar da daxil olmaqla 5 nəfər ölüb

İsrailin pilotsuz uç aparatlarının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla 5 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Livanın səhiyyə nazirliyi bildirib.

Məlumata görə, hücum zamanı daha iki nəfər isə yaralanıb.

Livan Parlament sədri Nəbih Berri aviazərbələrdə ABŞ vətəndaşı olan ata və üç övladı həlak olduğunu bildirib.

Onun sözlərinə görə, uşaqların anasının isə vəziyyəti ağırdır.

İsrail ordusu isə açıqlamasında hücumun Hizbullah üzvünü hədəf aldığını bildirib.

İsrailin
Seçilən
6
9
apa.az

10Mənbələr