AZ

NATO Rusiya təyyarəsini ələ keçirdi: Müharibə başlayır?

Almaniya Hərbi Hava Qüvvələri Baltik dənizi üzərində transponderini söndürən və xəbərdarlıqlara cavab verməyən Rusiya kəşfiyyat təyyarəsini “Eurofighter” qırıcıları ilə ələ keçirib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Estoniya da Rusiyanın hava məkanını ikinci dəfə pozduğunu açıqlayaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

Rusiya qırıcılarının Finlandiya körfəzi üzərindən də Estoniya ərazisinə daxil olması vəziyyəti daha da gərginləşdirib. ABŞ Prezidenti Donald Tramp pozuntuların davam edəcəyi təqdirdə şəxsən müdaxilə edəcəklərini bildirib.

Estoniya isə NATO-ya rəsmi müraciət edərək təhlükəsizlik təhdidləri qarşısında məsləhətləşmələr üçün Alyansın 4-cü maddəsini işə salmağı xahiş edib.

Latviya prezidenti Edqars Rinkeviç xəbərdarlıq edib ki, bu proses ciddi münaqişəyə səbəb ola bilər. Çexiya Prezidenti Petr Pavel də NATO-nun vahid və qətiyyətli addımlar atmasının vacibliyini vurğulayıb.

Seçilən
0
2
publika.az

3Mənbələr