Olaylar.az xəbər verir ki, ABŞ-ın CBS telekanalına müsahibə verən Əş-Şaraa Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını "sürətli, cəsarətli və tarixi" addım adlandırıb.
O, üsyançıların Bəşar Əsəd rejimini devirərək xalqı "cinayətkar rejimin zülmündən xilas etdiyini" vurğulayıb. Əlavə edib ki, artıq qaçqın və köçkünlərin öz evlərinə dönməsi mümkündür.
Suriya lideri həmçinin qeyd edib:
"Kimyəvi hücumlara məruz qalan insanları dəstəklədik. İŞİD-lə üz-üzə gəldik. İran silahlı qüvvələrini və "Hizbullah"ı bölgədən çıxardıq". (Radio Fərda)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31