ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər sosial şəbəkələrdə yayılan videolarda Urmiya gölü ətrafında güclü duz qasırğaları müşahidə olunub. İlk payız küləkləri ilə müşayiət olunan bu qasırğalar yerli sakinlərin narahatlığına səbəb olub.
"Azad İran" "Telegram" kanalı bununla bağlı videogörüntüləri təqdim edib.
Ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər duz qasırğalarının səbəbini Urmiya gölünün suyunun səviyyəsinin kəskin azalması və duzlu ərazilərin genişlənməsi ilə əlaqələndirirlər. Gölün quruması nəticəsində sərt duz layları əmələ gəlib ki, küləklə asanlıqla havaya qalxaraq bölgədə ekoloji riskləri artırır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.