Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 28 oktyabr tarixində saat 11:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 1 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Nəqliyyat vasitəsinin start qiyməti 16 800 manatdan başlayır. Avtomobilin markası isə "Hyundai Elantra"dır.
Ətraflı məlumat:
Bizi sosial şəbəkələrdən izləyin!!