AZ

Fransa və Səudiyyə Ərəbistanı Fələstinə dəstək sammiti keçirəcək

Fransa və Səudiyyə Ərəbistanı bir sıra dünya liderinin iştirakı ilə iki dövlətli həll üçün sammit keçirəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, sammitin məqsədi iki dövlətli həllə dəstəyi gücləndirmək və bir sıra ölkələrin rəsmi şəkildə Fələstin Dövlətini tanımasını təşviq etməkdir. Belə bir addımın İsrail və ABŞ tərəfindən sərt reaksiya ilə qarşılanacağı gözlənilir.

Qeyd olunur ki, bu sammit fələstinlilər üçün mənəvi dəstək sayıla bilər, lakin praktiki baxımdan əhəmiyyətli dəyişikliklər gətirəcəyi gözlənilmir. Çünki İsrail hökuməti açıq şəkildə bildirib ki, heç bir halda Fələstin dövlətinin yaradılmasına icazə verilməyəcək.

Seçilən
15
7
apa.az

8Mənbələr