AZ

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ ICESCO-NUN BAŞ DİREKTORU XOCA ƏHMƏD YƏSƏVİ ADINA BEYNƏLXALQ QAZAX-TÜRK UNİVERSİTETİNİN QONAĞI OLUB

BAKI, TurkicWorld

21 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik Türkistana səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin ilahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki,Görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi, həmçinin gələcəkdə birgə həyata keçirilə biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar “Divani Lüğət it-Türk” adlı Beynəlxalq Sərgisi və orada təqdim olunan nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar ilə tanış olublar.

Qeyd etmək lazımdır ki, bu Sərgi 10 iyun, 2025-ci il tarixində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə təntənəli şəkildə açılmışdır.

Tədbirin sonunda Dr. Salim əl-Malik tələbələrin ünvanladığı suallara cavab verib, gənclərin elmə və maarifə olan marağını yüksək qiymətləndirərək, onların gələcəkdə Türk-İslam dünyasının inkişafında mühüm rol oynayacaqlarını vurğulayıb.

Seçilən
19
5
turkic.world

6Mənbələr