AZ

Bakıda hansı yol və zonalar ödənişli olacaq? – Açıqlama

Böyük ehtimalla Bakının ödənişli zonalarından biri “Torqovı” dediyimiz Nizami küçəsi olacaq. Hesab edirəm ki, bu mexanizm ən çox ora tətbiq olunacaq.

Bu sözləri Tribunainfo.az-a yol-nəqliyyat eksperti Elmddin Muradlı Bakıda yaradılacaq ödənişli hərəkət zonaları ilə bağlı danışarkən deyib. E.Muradlı bildirib ki, yolların, zonaların ödənişli olması dünyanın əksər ölkələrində tətbiq olunan mexanizmdir:

“Çoxları elə fikirləşir ki, yollar ödənişli olduqdan sonra pulu olmayan hansısa istiqamətdə gedə bilməyəcək. Bu belə bir mexanizm deyil. Yəni hansısa yol ödənişli olmur, zonalar ödənişli olacaq ki, oralara daxil olmaq üçün vəsait tələb ediləcək. Əlbəttə ki, alternativ yollar olmalıdır.
Bilirsiniz ki, hazırda İçərişəhərə giriş ödənişlidir. Bu qayda bir çox zonalarda da tətbiq ediləcək. Böyük ehtimalla ikinci ödənişli yol “Torqovı” dediyimiz Nizami küçəsi ola bilər. Hesab edirəm ki, bu mexanizm ən çox ora tətbiq olunacaq. Çünki ora gedən bütün paralel küçələr basırıq, tıxacdır.

Bu, beynəlxalq təcrübədə tətbiq olunan mexanizmdir. Mən bu mexanizmin tərəfdarıyam. Şəhərin mərkəzi hissələrinə maşınların hərəkətinin azaldılması, basırıq və sıxlığın aradan qaldırılması üçün bu ən unikal mexanizmlərdən biridir. Ancaq təbii ki, alternativlər də olmalıdır. Xüsusilə ödənişli ediləcək zonalarda yaşayan sakinlər üçün güzəştlər, onlar bu ödənişlərdən azad olmalıdır. edilməlidir. Çünki daimi yaşayan sakin yaşadığı ərazi, zona, yol üçün niyə pul ödəmnəlidir ki?.
Ancaq biz az sıxlıq, az avtomobilli zonalar istəyiriksə, heç olmasa mərkəzə yaxın yollarda sıxlığın az olmasını istəyiriksə, bu kimi təcrübələrdən faydalanmalıyıq.

Həmçinin ümid edirəm ki, ödənişli zonalarda qiymətlər daha uyğun formada tətbiq ediləcək. Qiymətlərin fantastik olmamasına diqqət etmək lazımdır”.

Nigar İxtiyarqızı

Seçilən
11
tribunainfo.az

1Mənbələr