Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib ki, Avropa İttifaqı bu gün, sentyabrın 22-də sayca 19-cu antirusiya paketinin şərtlərini ABŞ-la razılaşdırdı.
"Avropa İttifaqı yaxın günlərdə Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketini qəbul edəcək. Bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra qəbul edilən ilk antirusiya saksiya paketi olacaq"- deyə Barro TF1 telekanalına verdiyi müsahibəsində bildirib.
Gözlənildiyi kimi, sanksiyalar paketinə 2027-ci ildən Rusiya enerji məhsullarına və müxtəlif idxal-ixrac məhsularına, bank sektorlarına, həmçinin bir sıra fiziki şəxslərə və təşkilatlara qadağa qoyulacaq.
Rüstəm Hacıyev