AZ

İran yenə hədəfdə: Bu sektor ciddi risklə üz-üzədir

İrana qarşı yenidən tətbiq olunması gündəmdə olan beynəlxalq sanksiyalar ölkənin gəmiçilik sektorunu ciddi şəkildə zəiflədəcək.

KONKRET.az xəbər verir ki, bu barədə dəniz sənayesində ixtisaslaşmış nüfuzlu nəşrlərdən biri olan “The Maritime Executive” dünən dərc etdiyi hesabatda bildirib.

Nəşrin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının sanksiyaları oktyabrın 25-də əvvəlki vəziyyətinə qayıdarsa, bu, xüsusilə İran İslam Respublikası Gəmiçilik Xəttləri (IRISL) və onun törəmə şirkətləri üçün ciddi nəticələrə səbəb olacaq.

Dəniz idarəçiliyi tərəfindən verilən məlumata əsasən, IRISL-in ticarət donanmasına hazırda 115 gəmi daxildir.

Hesabatda vurğulanır ki, İran Milli Tanker Şirkəti də təzyiqlərdən kənarda qalmayacaq.

Şirkətin balansında olan 38 çox böyük xam neft daşıyıcısı yeni sanksiyalar nəticəsində daha sərt nəzarət və risklərlə üzləşəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
8
1
konkret.az

2Mənbələr