ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Milli Məclisin payız sessiyasında ilk iclası sentyabrın 30-u keçiriləcək.
“Qafqazinfo”nun məlumatına görə, bu, Milli Məclisin Daxili Nizamnaməsində öz əksini tapıb.
Belə ki, Nizamnaməyə görə, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Nuranə Daxilqızı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.