AZ

Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev müdafiə edir. Bu barədə  "Gununsesi.info" məlumat yayıb. 

Vəkilin sözlərinə görə, Əhmədzadənin səhhətində problem yoxdur və o, heç bir təzyiqə məruz qalmayıb. 

“Hər bir proses hüquq çərçivəsində aparılır", - o bildirib. 

Adnan Əhmədzadənin ittihamları qəbul edib-etməməsinə dair sualı isə vəkil cavablandırmaqdan imtina edib.

2025-ci ilin sentyabr 19-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən iş adamı Adnan Əhmədzadə saxlanılıb. Saxlanma faktı rəsmi qurumlar tərəfindən təsdiqlənsə də, ona qarşı irəli sürülən ittihamlarla bağlı ictimaiyyətə hələ ki, ətraflı məlumat verilməyib. Hazırda istintaq prosesi davam edir.

Adnan Əhmədzadənin biznes fəaliyyəti ilə strateji sahələrə müəyyən qədər əlaqəsinin olduğu ehtimal edilir. Lakin onun konkret olaraq hansı səbəblə saxlanıldığı barədə rəsmi açıqlama verilməyib.

Gülnar Nazimqızı 

Seçilən
10
anews.az

1Mənbələr