AZ

“Kimin məclisi zəifləyir, çıxır meyxanadan danışır” - Orxandan Hüseynə

"Mən bir dənə klarnet ifaçısı görmədim ki, müharibə vaxtı getsin cəbhədə ifalar eləsin, amma meyxanaçılar gedirdi. Ona görə də hərə öz işi ilə məşqul olsun". 

 
AZXEBER.COM xəbər verir ki, bunu meyxanaçı Orxan Lökbatanlı "Günə Uğurla” verilişində qonaq olan zaman deyib.

Orxan Hüseynin "Bəzi meyxanalar var ki, gənclərin tərbiyyəsini pozur" ifadələri ilə razılaşmadığını bildirib: 

"Hüseynin toyları azalan kimi bizdən, meyxanadan danışır. Meyxana heç kimin tərbiyyəsini pozmur, çünki tərbiyyə adamın evindən başlayır. Ot kökü üstündə bitir. Tərbiyyəsi pozulmağa meyilli olan adam, elə evdə də pozulur. Bir müddət qabaq elə klarnet ifaları ilə də gənclər pozulurdu. Elə musiqilər var idi ki, ona qulaq asanda başqa həyat yaşamaq istəyirdilər. Hər şey qaldı qırağa, meyxana pozdu tərbiyyəni? Kimin məclisi zəifləyir, yaddan çıxır, gəlir meyxanadan danışır. Hüseyn dostumdur, amma meyxanadan gərək meyxanadan başı çıxan adam danışsın.
 
Bəzi şeylər var ki, onu efirdə danışmaq ayıbdır. Dünyada yeganə sənətdir ki, meyxana sadəcə Azərbaycanda var. Mən bir dənə klarnet ifaçısı görmədim ki, müharibə vaxtı getsin cəbhədə ifalar eləsin, amma meyxanaçılar gedirdi. Ona görə də hərə öz işi ilə məşqul olsun. Hüseynə belə danışmağa heç kəs ixtiyar vermir. Hamənən büdrədiyi zamanlar olub".
Seçilən
10
2
yenilik.az

3Mənbələr