İngilis aktyor Tom Holland çəkiliş meydançasında xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə ötən cümə günü “Spider-Man: Brand New Day” filminin çəkilişləri əsnasında baş verib.
O, filmdə təhlükəli bir səhnəni canlandırarkən başından xəsarət alıb. 29 yaşlı aktyor dərhal xəstəxanaya yerləşdirilib və yüngül kəllə-beyin travması aldığı məlum olub. Filmin çəkilişi isə bir neçə günlük dayandırılıb.
Holland hadisədən bir gün sonra atası və nişanlısı ilə xeyriyyə tədbirinə qatılsa da, səhhəti ilə bağlı oranı tez tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, T. Hollandın 4-cü dəfə Hörümçək-adam rolunda çıxış etdiyi sözügedən film 2026-cı ilin iyul ayında nümayiş ediləcək.