AZ

Adnan Əhmədzadənin vəkili: "Hər hansı təzyiqə məruz qalmayıb"

Adnan

DTX tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını müdafiə edən vəkilin kimliyi məlum olub. 

Bu, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.

Reyting.az xəbər verir ki, gunensesi.info-ya açıqlamasında Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb.

Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.

“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.
Seçilən
9
18
reyting.az

10Mənbələr