Qax rayonunda ağacdan yıxılan Bakı sakini ölüb.
Herbiand.az məlumatına görə, hadisə günorta saatlarında rayonun Çinarlı kəndində baş verib.
1968-ci il təvəllüdlü, Bakı şəhər sakini Nizami Şəkərəliyev kənd ərazisində qoz çırpmaq istəyərkən ehtiyatsızlıqdan ağacdan yıxılıb. N. Şəkərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.