AZ

Bakıda kirayə mənzil bazarında qiymətlər QALXACAQ? – Ekspert açıqladı

Artıq yeni tədris mövsümü başlayıb. Bu dövrdə adətən tələbələrin kirayə mənzil axtarışı bazarda aktivlik yaradır.

İqtisadçı ekspert Vüqar Orucun BAKU.WS-ə verdiyi açıqlamaya görə, hazırkı vəziyyət yalnız tədris mövsümü ilə bağlı deyil, daha geniş iqtisadi və sosial faktorlarla izah olunur.

O bildirib ki, kirayə mənzil bazarına müraciətlərin artmasının əsas səbəbləri ölkədə gedən urbanizasiya, investisiya prosesləri və Bakının regionlarla müqayisədə daha aktiv iqtisadi mühitə malik olmasıdır. Bununla yanaşı, paytaxtda keçirilən Formula 1 və digər beynəlxalq yarışlar da kirayə seqmentində qiymətlərin artmasına təsir göstərir.

Onun sözlərinə görə, artıq kirayə mənzil bazarı ayrıca bir biznes sahəsinə çevrilib. Sahibkarlar təmirsiz evləri alaraq təmir edir və daha sonra kirayə bazarına çıxarırlar. Bundan başqa, paytaxtda nəqliyyat sıxlığı səbəbindən insanlar iş yerlərinə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirlər ki, bu da tələbin yüksək qalmasına səbəb olur.

Ekspert vurğulayıb ki, qiymətlərin yaxın aylarda enməsi gözlənilmir:

"Ən yaxşı halda qiymətlər müəyyən dövr üçün stabilləşə bilər. Amma real passivləşmə və ya ucuzlaşma gözlənilmir. Əksinə, yeni dinamik mövsüm başladıqca qiymətlərdə artım ehtimalı daha yüksəkdir".

Şahanə Xankişiyeva

Seçilən
16
2
far.az

3Mənbələr