AZ

Həsənriz sakini: Köçkün düşəndə körpə idim, kəndə övladımla gəlmişəm

“Məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışdıq. Hazırda öz yurdumuzdayıq. Çox sevinirəm, çox qürurlanıram”.

APA-nın bölgə müxbiri xəbər verir ki, bunu bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Asiman Qasımov söyləyib.

O, evlərində hər bir şəraitin yaradıldığını bildirib: “Mən Ağdərədən köçkün düşəndə 7 aylıq körpə olmuşam. İndi isə bura övladımla gəlmişəm. Dövlətimiz var olsun, evimizdə hər şərait yaradılıb. Çox razıyam. Allah Prezidentimizə can sağlığı versin. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.

Seçilən
1
1
apa.az

2Mənbələr