AZ

Ter-Petrosyan sərt danışdı: Paşinyanın hərəkətləri qəbuledilməzdir

"Nikol Paşinyanın həyasızlığının həddi-hüdudu yoxdur". 

News365.az xəbər verir ki, bunu Facebook səhifəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yazıb.

O, xüsusilə qeyd edib:

“Ermənistanın Müstəqillik Gününü korlamamaq üçün dünənki mesajımda mövzuya toxunmadım. Amma artıq yazmalıyam: Siz “Artsax Ermənistandır, nöqtə” şüarı ilə Azərbaycana müharibə elan etdiniz və sarsıdıcı məğlubiyyətə uğradınız;

Rusiya prezidenti Vladimir Putinin müharibəni bitirmək təklifini axmaqcasına rədd etdiniz;

Siz Qarabağı tamamilə ermənisizləşdirib 5000 gənci qurban verdiniz, 10 mindən çox əsgəri şikəst etdiniz;

Siz "Qarabağın hərbi-siyasi rəhbərliyinin üzvləri"ni girov kimi Azərbaycana təhvil verdisiniz və Bakı həbsxanalarında saxlanılan onlarla erməninin imdad çağırışına məhəl qoymursunuz;

Cinayət siyasətiniz nəticəsində Ermənistanda sığınacaq tapmış minlərlə Qarabağ qaçqınına qarşı qəddarlıq edirsiniz;

Və bütün bunlardan sonra siz hər gün erməni xalqına sülh gətirdiyinizi, bunun müqabilində minnətdarlıq gözlədiyinizi, daha doğrusu, tələb etdiyinizi kinayə ilə bəyan edir, öyünürsünüz, amma bunu almayaraq bütün ödünüzü onlara yönəldirsiniz.

Yeri gəlmişkən, müstəqilliyin ildönümü Paşinyanın bayramı deyil. O bu müstəqilliyə nifrət edir, çünki onu o yox, başqaları gətirib.

Bir şey dəqiqdir: Paşinyan artıq Meruzan Artsruni, Vahan Mamikonyan, Vasak Syuni, Melik Şahnazarov və Melik Frangüllə yanaşı, məşhur erməni satqınlarının xatirə lövhəsində özünə yer tutub".

Seçilən
0
2
news365.az

3Mənbələr