AZ

"SpaceX" daha 15 min peyk buraxmaq istəyir



"SpaceX" şirkəti ABŞ-nın FCC qurumuna müraciət edib. Müraciətdə qeyd olunur ki, bu şirkət öz istehsal gücünü artırmaqla, indi əlavə 15 minədək kosmik peyk buraxmaq üçün tam hazır vəziyyətdədir. Üstəlik, yeni sistem mobil telefonlarla, həmçinin digər cihazlarla birbaşa qoşulmanı təmin edəcək.

Reyting.az
-ın məlumatına görə, müraciətdə daha sonra qeyd olunur ki, yeni peyklər 326-335 kilometrə qədər hündürlükdə orbitdə yerləşəcək və bu da gecikməni sürətlə minimuma endirəcək.

"SpaceX" şirkətindən bildiriblər ki, onlar eyni zamanda, "EchoStar" şirkətindən 17 milyard dollarlıq sövdələşmə nəticəsində əldə etdikləri tezlik spektrini işə salacaq, ABŞ-da isə "T-Mobile"-ın 1,91–1,995 GHz diapazonunu istifadə edəcəklər.

"SpaceX" şirkətinin rəhbəri Qvinn Şotvell deyib ki, hazırda istehsalçılarla birlikdə telefonlarda bu yeni xidməti dəstəkləyən çiplərin üzərində işləyirlər. Bununla belə, şirkətin sahibi İlon Maskın sözlərinə görə, çiplərin uyğunlaşması müddəti təxminən iki il, bəlkə də çox çəkəcək.

"SpaceX" həmçinin ABŞ-da 2 GHz AWS-4 lisenziyası ilə ümumi hibrid peyk-yerüstü şəbəkəsi qurmağı planlaşdırır.

Oqtay QORÇU
Seçilən
6
1
reyting.az

2Mənbələr