AZ

İsrailin Qəzzadakı sərt kampaniyası Putinin işinə yarayır Bloomberg

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putinin fikrincə, İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzadakı hərəkətləri onun Ukrayna ilə müharibədəki səylərinə töhfə verir.

Bakupost.az xəbər verir ki, bu barədə “Bloomberg” Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.

“O, Netanyahunun Qəzzada kampaniyasının Rusiyanın Ukraynadakı müharibəsindən daha sərt olduğuna inanır və qeyd edir ki, Birləşmiş Ştatlar və Avropa hökumətləri bunu böyük ölçüdə qəbul ediblər. Bu da onların Moskvaya qarşı tənqidlərini zəiflədir”, – nəşr iddia edir.

Mənbələrə görə, Rusiya prezidenti ABŞ-la istənilən dialoqda iştirakını davam etdirəcək, lakin öz maraqları üçün vacib saydığı kimi hərəkət edəcək.

Zaur,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
www.bakupost.az

1Mənbələr