AZ

“Zəngəzur dəhlizi tranzit ölkə kimi imkanlarımızı genişləndirəcək” - İqtisadçı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət zamanı bir çox məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, iqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəltmiş və ölkənin maliyyə gücünü artırıb. Prezident həmçinin qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi də ildən-ilə artır. Prezident həmçinin qeyd edib ki, gələcək illərdə, xüsusilə Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir.

Məsələylə bağlı Adalet.az-a danışan iqtisadçı Eldəniz Əmirov Zəngəzur dəhlizinin açılmasının ölkə, region, siyasi-iqtisadi və həm də həyatın digər sahələrində yüksək irəliləyişlərin əldə olunmasına imkan verəcəyini deyib:

“Konkret iqtisadi istiqamətlərə gəldikdə iqtisadiyyatın həm neft sektoru, həm də qeyri-neft sektoru üzrə bu dəhlizin qatqıları olacaq. Çünki gələcəkdə Orta Asiya resurslarının trans-xəzər layihələri Azərbaycan və Zəngəzur dəhlizindən keçməklə Türkiyə üzərindən Avropaya istiqamətlənməsi real görünür. Digər bir tərəfdən bu dəhliz işğaldan azad olunmuş ərazilərin yenidən qurlumasında və bərpasında öz müstəsna rolunu oynayacaq. Naxçıvan və Azərbaycanın da renteqrasiyasını sürətləndirmiş olacaq. 

Əlavə olaraq da Azərbaycanın tranzit ölkə kimi imkanlarını genişləndirəcək. Zəngəzur dəhlizi əslində şimal-cənub və şərq-qərb dəhlizinin ortaq seqmenti olaraq hər dörd tərəfdən daşınan yüklərin bilavasitə ötürücüsü olaraq regiona, o cümlədən də ölkəmizə əlavə gəlirlərin daxil olmasına, kiçik və orta sahibkarlığın bu coğrafiyada inkişafına, investisiya həcmlərinin artmasına imkan yaradacaq”. 

Vasif ƏLİHÜSEYN

Seçilən
14
1
adalet.az

2Mənbələr